ÜMUMİ TƏSLİM ŞƏRTLƏRİ
1. SAZİŞ
1.1. Bu Sazişin qüvvədə olduğu müddətdə aşağıdakı şərtlər və anlayışlar tədbiq olunur.
1.2. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemində qeydiyyatdan keçmiş Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) ilə InHotelBook arasında SAZİŞ bağlanması şərtdir.
1.3. Qeydiyyatdan keçmiş Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) ilə InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi arasında Saziş, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi əməkdaşları tərəfindən təsdiq edildikdən sonra yerləşdirmə (Otel, Motel, Hostel, İstirahət Mərkəzi yaxud Xüsusi Mülkiyyət) Şəbəkəyə qəbul olunur.
2. QEYDİYYAT
2.1. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə qoşulmaq üçün, şəbəkəyə aid www.inhotelbook.com veb - saytının OTELLƏR ÜÇÜN nəzərdə tutulmuş bölməsində (altı mərhələfən ibarət boşluqları doldurmaqla) qeydiyyatdan keçirlər.
2.1.1. Qeydiyyat olunarkən YERLƏŞDİRMƏ ÖHDƏLİKLƏRİnə (4.1.1.) əməl olunmalıdır.
2.2. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemində qeydiyyatdan keçdikdən sonra, InHotelBook tərəfindən verilmiş CLIENT PANEL vasitəsi ilə müəssisələri haqqında bütün məlumatları Şəbəkəyə daxil edirlər.
2.2.1. Məlumatlar Şəbəkəyə daxil edilərkən YERLƏŞDİRMƏ ÖHDƏLİKLƏRİnə (4.1.2.) əməl olunmalıdır.
3. CLIENT PANEL
3.1. CLIENT PANEL - Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahiblərinin (yaxud əməkdaşlarının), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə qoşulmaq üçün, şəbəkəyə aid www.inhotelbook.com veb - saytının OTELLƏR ÜÇÜN nəzərdə tutulmuş bölməsində (altı mərhələfən ibarət boşluqları doldurmaqla) qeydiyyatdan keçdikdən sonra, www.inhotelbook.com veb - saytı tərəfindən müəssisənizin məlumatlarını, xidmətlərini və s. yerləşdirmək üçün sizə verilmiş paneldir.
3.2. CLIENT PANELə daxil olduqdan sonra ilk açılan MƏLUMAT bölümündə qeydiyyat zamanı qeyd etdiyiniz:
A) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) adı,
B) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) elektron ünvanı,
C) Şifrə (şifrə ən azı 8 rəqəmli olmalıdır),
D) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin), yaxud əlaqədar şəxsin telefon nömrəsi,
E) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) veb - saytinin (mövcudsa) url ünvanı - görünəcək.
3.2.1. CLIENT PANELə daxil olduqdan sonra ilk açılan MƏLUMAT bölümünə qeydiyyat zamanı qeyd etdiyiniz məlumatlardan başqa, Oteliniz (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətiniz) haqqında qısa məlumatınızı əlavə edirsiniz.
3.2.2. Eyni zamanda CLIENT PANELə daxil olduqdan sonra ilk açılan MƏLUMAT bölümünə Otelinizə (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizə) məxsus foto şəkilləri əlavə edirsiniz.
3.2.3. Əlavə etdiyiniz Otelinizə (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizə) məxsus foto şəkillər keyfiyyətli və göstərilən ölçülərə uyğun olmalıdır.
3.3. CLIENT PANELə daxil olduqdan sonra XÜSUSİYYƏTLƏR bölümünə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) yerləşdiyi ərazini (şəhər), tipini, ulduz sayını qeyd etməniz şərtdir.
3.3.1. Eyni zamanda XÜSUSİYYƏTLƏR bölümündə Otelinizə (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizə) aid xüsusiyyətləri işarələyib, ödəniş növünü seçirsiniz.
3.4. CLIENT PANELə daxil olduqdan sonra OTAQLARIN KATEQORİYASI bölümündə YENİ KATEQORİYA ƏLAVƏ ETMƏK butonu vasitəsi ilə mövcud kateqoriyalarınızı əlavə edirsiniz.
3.4.1. OTAQLARIN KATEQORİYASI bölümündə YENİ KATEQORİYA ƏLAVƏ ETMƏK üçün kateqoriya məlumatlarını tərtib edirsiniz:
A) Kateqoriyanın adı (Mis. Double, Twin, Triple, Suite və s.),
B) Bu kateqoriyaya aid mövcud olan otaqların sayı,
C) Kateqoriyaya daxil olan otaqların xüsusiyyətləri.
3.5. CLIENT PANELə daxil olduqdan sonra OTAQLARIN İDARƏEDİLMƏSİ bölümündə YENİ OTAQ ƏLAVƏ ETMƏK butonu vasitəsi ilə mövcud otaqlarınızın siyahısını əlavə edirsiniz.
3.5.1. OTAQLARIN İDARƏEDİLMƏSİ bölümündə YENİ OTAQ ƏLAVƏ ETMƏK üçün otaq məlumatlarını tərtib edirsiniz:
A) Otağın adı (otaq nömrəsi də ola bilər),
B) Otağın kateqoriyası (otaqların kateqoriyası bölümündə tərtib etdiyiniz kateqoriyalara uyğun),
C) Otağın həftənin günlərinə uyğun qiymətləri.
3.6. CLIENT PANELə daxil olduqdan sonra DİGƏR XİDMƏTLƏR bölümündə YENİ XİDMƏT NÖVÜ ƏLAVƏ ETMƏK butonu vasitəsi ilə mövcud xidmətlərinizi əlavə edirsiniz.
3.6.1. DİGƏR XİDMƏTLƏR bölümündə YENİ XİDMƏT NÖVÜ ƏLAVƏ ETMƏK üçün xidmət məlumatlarını tərtib edirsiniz:
A) Xidmətin adı (transfer xidmətləri, müxtəlif turlar, masaj və s.),
B) Xidmət haqqında məlumat,
C) Xidmətin qiyməti.
3.7. CLIENT PANELə daxil olduqdan sonra REZERVASİYA bölümü vasitəsi ilə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) mövcud rezervasiyalarının siyahısını görə biləcəksiniz.
3.7.1. Eyni zamanda REZERVASİYA bölümü vasitəsi ilə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) mövcud rezervasiyalarını idarə edə (yeni rezervasiyaları təsdiq etmək) biləcəksiniz.
3.7.2. REZERVASİYA bölümü vasitəsi ilə qəbul etdiyiniz rezervasiyalar, qonaq tərəfindən, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə aid www.inhotelbook.com veb - saytının TURİSTLƏR ÜÇÜN nəzərdə tutulmuş bölməsi və InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi tərəfindən Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) veb - saytlarına quraşdırılmış pulsuz Sifariş Modulu vasitəsi ilə gəlir.
3.8. CLIENT PANELə daxil olduqdan sonra HESABAT bölümü vasitəsi ilə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi vasitəsi ilə əlaqəli olan bütün hesabatlarını görə bilərsiniz.
3.8.1. Eyni zamanda HESABAT bölümü vasitəsi ilə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi vasitəsi ilə bağlı olmayan bütün hesabatlarını da görə bilərsiniz.
3.8.2. HESABAT bölümündə Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi vasitəsi ilə bağlı olmayan bütün hesabatlarını görə bilməniz üçün, (InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə əlavə ödəmə etməklə) InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi vasitəsi ilə bağlı olmayan bütün rezervasiyalarınızı daxil edirsiniz.
3.9. CLIENT PANELə daxil olduqdan sonra APİ İNTEQRASİYA bölümü, veb - saytı mövcud olan Otellər (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətlər) üçün nəzərdə tutulmuşdur.
3.9.1. CLIENT PANELə daxil olduqdan sonra APİ İNTEQRASİYA bölümündə olan kodu (Sifariş Modulunu), Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) veb - saytının əsas səhifəsinə (görünən hissəsinə) yerləşdirirsiniz.
3.9.2. APİ İNTEQRASİYA bölümündə olan kodu (Sifariş Modulunu), Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) veb - saytına yerləşdirməkdə hər hansı bir çətinliyiniz olduğu halda Sifariş Modulu, Otelinizin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətinizin) veb - saytına InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminin əməkdaşları tərəfindən yerləşdirilir.
4. YERLƏŞDİRMƏ ÖHDƏLİKLƏRİ
4.1. Yerləşdirmə məlumatları
4.1.1. Qeydiyyat zamanı:
A) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) adı,
B) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) elektron ünvanı,
C) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin), yaxud əlaqədar şəxsin telefon nömrəsi,
D) Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) veb - saytinin (mövcudsa) url ünvanı - doğru, dəqiq olmalı və aldadıcı olmamalıdır.
4.1.2. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən CLIENT PANELə yerləşdirilən Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) məlumatları (şəkillər daxil), imkanları, xidmətləri (rezervasiya üçün mövcud olan otaqlar), digər xidmətləri, tarifləri - hər zaman doğru, dəqiq və InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminin standartlarına uyğun olmalıdır.
4.1.3. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən, Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) məlumatları (mövcud otaqların sayı) gündəlik olaraq (yaxud tələb olunan tezlikdə) yenilənməlidir.
4.1.4. Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) məlumatları (otaqların kateqoriyası, sayı, qiyməti, xidmət növləri və s.), Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən istənilən zaman CLIENT PANEL vasitəsi ilə yenilənə və dəyişdirilə bilər.
4.1.5. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən CLIENT PANELə yerləşdirilən Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) məlumatlarında hər hansı bir yalnışlıq olarsa, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi düzəliş etmək hüququna sahibdir.
4.2. Rezervasiya
4.2.1. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi və InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) veb - saytlarına, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi tərəfindən quraşdırılmış Sifariş Modulu vasitəsi ilə rezervasiya etmiş Qonaq, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otelin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətin) qonağı olmaqla yanışı, eyni zamanda InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinin qonağı sayılır.
4.2.2. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otellər (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətlər), rezervasiya etmiş qonağı, rezervasiya etdiyi otaqla (yaxud otaqlarla), sifariş etdiyi digər xidmətlərlə və asanlaşdırılmış ödənişlə təmin etməlidirlər.
4.2.3. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət), rezervasiya etmiş qonağın rezervasiyasını (yaxud sifariş etdiyi digər xidmətləri), İSTİSNA HALLAR (təbii fəlakət, yanğın, sərt hava şəraiti, müəyyən səbəblərdən yolların yaxud hava limanlarının bağlanması və bu kimi digər fövqəlada hallar) olmadığı halda ləğv edə bilməz.
4.2.4. Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət) daxilində, ərazisində və yaxınlığında hər hansı təmir - bərpa işləri olduğu halda, (rezervasiya etmiş qonağın əvvəlcədən məlumatı olmalıdır) Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət) sahibi (yaxud əməkdaşı), CLIENT PANELə daxil olduqdan sonra ilk açılan MƏLUMAT bölümünə, təmir - bərpa işləri haqqında qısa məlumatı qeyd etməlidir.
4.2.5. Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən rezervasiyalarda hər hansı bir saxtakarlığa yol verilərsə, həmin Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsindən xaric ediləcək və veb - saytına quraşdırılmış Sifariş Modulunun fəaliyyəti dayandırılacaq.
4.3. Hesablanmış məbləğ
4.3.1. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi vasitəsi ilə, Qonaq tərfindən hər hansı bir reservasiya və sifariş edilmiş digər xidmətlər üçün Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət) tərəfindən InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə, ümumi məbləğə uyğun hesablanmış komissiya ödənilir.
4.3.2. Otel Axtarış və Qeydiyyat Sistemi vasitəsi ilə, Qonaq tərfindən hər hansı bir reservasiya və sifariş edilmiş digər xidmətlər üçün Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət) tərəfindən InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə ödəniləcək komissiya (məbləğ), Qonaq tərfindən hər hansı bir reservasiya və sifariş edilmiş digər xidmətlər üçün ödəniləcək ümumi məbləğin 10 (%) faizini təşkil edir.
4.3.3. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otellərə (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətlərə), InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi tərəfindən hər ayın sonu bütün hesabatlar (InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsi vasitəsi ilə əlaqəli olan) və InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə ödəniləcək komissiya (məbləğ) xatırladılacaq.
4.3.4. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminə ödəniləcək komissiya (məbləğ), on (10) gün müddətində Sistemdə qeydiyyatdan keçmiş Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahibləri (yaxud əməkdaşları) tərəfindən ödənilməlidir.
4.4. Əlavə
4.4.1. InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otellərin (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyətlərin) əsas giriş qapısına, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi tərəfindən təqdim edilən (üzərində InHotelBook - Otel Axtarış və Qeydiyyat Sisteminin logosunun təsviri olan) STİKERin vurulması şərtdir.
5. YEKUN
5.1. Sazişdə qeyd olunan şərtlər və anlayışlardan hər hansı biri, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi şəbəkəsinə qoşulan Otel (Motel, Hostel, İstirahət Mərkəzi, Xüsusi Mülkiyyət) tərəfindən pozularsa, Saziş qüvvədən düşmüş sayılır.
5.2. Sazişdə qeyd olunan şərtlərə və anlayışlara, InHotelBook - Otel Axtarış və Qeydiyyat Sistemi tərəfindən əlavələr (yeni xidmətlərlə əlaqəli) edilə bilər. Sazişə edilmiş əlavələr haqqında məlumat, şəbəkəyə qoşulmuş Otel, Motel, Hostel, İstirahət Mərkəzi və Xüsusi Mülkiyyət sahiblərinə (yaxud əməkdaşlarına) təqdim ediləcək.